Sayıtımız vasitəsi ilə Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayev cənablarına bildirmək istəyirik ki, mövzunu diqqətdə saxlasın. 
2 saylı Şəki istintaq təcridxanasında saxlanılan məhbus Mirzəyev Cavid Cahangir oğlu Aran Regional Təhsil İdarəsinin Təhsildə keyfiyyət və nəzarət sektorunun müdiri ilə bağlı şikayətini yazılı şəkildə redaksiyamıza göndərib.
“XeberTıme.az” müraciəti oxuculara təqdim edir:
“Yazaraq bildirirəm ki, 2009-2024-ci illər ərzində Ağdaş rayon sakini hal-hazırda Mərkəzi Aran regional təhsil idarəsində sektor müdiri olan Leyla Bayramova ilə ər-arvad münasibətində yaşamışam. 2024-ci ilin iyul ayında Leyla Bayramova iş yoldaşı ilə Lənkaran şəhərində oteldə aşkar edəndən sonra münasibətlərə son qoydum.
Əvvələr ona aldığım evi, avtomobili geri istəyəndə intihara cəhd görüntüsü yaradaraq şər böhtanla məni həps etdirib. L.Bayramovanın dövlət əleyhinə danışıqları, təhqiramiz ifadələri baradə məndə səs yazıları var sizə təqdim edə bilərəm. Sizdən xahiş edirəm bir jurnalist kimi qeyd etdiklərimi araşdırıb istiqamətləndirəsiniz.
Hörmətlə: Təhqirləndirən şəxs Mirzəyev Cavid.
Xatırladaq ki, hazırda sözü gedən şəxs Cavid Mirzəyev CM-125-ci maddəsilə (özünü öldürmə həddinə çatdırma) təqsirləndirilib.
Onun sözlərinə görə L.Bayramova əsəbiləşib və guya 28 ədəd “ESPA10” həbləri qəbul edib. Yəni intihara cəhd edib. “Leyla Bayramovanın mənim başıma açdığı oyunlar barədə ərizəmə əlavə etdiyim materiallarla, səs yazıları ilə disk, fləşkart, foto şəkilləri saytınız vasitəsilə yayılmasını və paylaşılıb sosiallaşmasını xahiş edirəm”, – deyə müraciətdə qeyd olunub.
Cavid Mirzəyev həmçinin Leyla Bayramova ilə 12 il ərzində qeyri-rəsmi münasibətdə yaşadığı və münasibətlərinin qalmaqalla başa çatdığını qeyd edir. Belə ki, xəyanətlə üzləşdiyini bildirən Mirzəyev Cavid ona aldığı qiymətli əşyaları geri verməsini istəyib:
“Mən onu Mərkəzi Aran Regional Təhsil İdarəsinin təhsil sahəsində çalışan rəhbər şəxslə Lənkəranda oteldə tutdum və münasibətimizi sonlandırdım. Elə bundan sonra guya intihara cəhd edərək 28 ədəd “ESPA-10” adlı dərman atıb. Amma bu, başdan-ayağa qurmadır. Bir həb üçün insan 1 fincan su içməlidir, 28 həb eyni anda necə içilə bilər? Bundan başqa, dərhal təcili yardım çağırmaq əvəzinə, birbaşa prokurora zəng etməsi şübhəlidir”.
Onun sözlərinə görə, aparılan qan analizi nəticəsində zəhərlənmə əlamətləri aşkarlanmayıb:
“Ekspertiza da göstərib ki, bədəndə zəhərlənmə var, lakin səbəbi məlum deyil. Ehtimal edilir ki, qidadan zəhərlənib. Bütün bunlar onun özünü qurban kimi göstərmək planıdır. Sonda mənə qarşı yalan ittihamlarla cinayət işi açdırdı və nəticədə həbs olundum”.
Müraciətdə L.Bayramovanın peşə fəaliyyəti ilə bağlı da bir sıra ittihamlar səsləndirilib:
“O, Ağdaşda tarix müəllimi işləyərkən, paralel olaraq, Bakıda MHM tədris mərkəzində fəaliyyət göstərib. Həmçinin Dövlət Qulluğu imtahanından keçmədiyi halda sektor müdiri vəzifəsinə təyin olunub. Onu himayə edənlərin kimliyi isə hələ də məlum deyil”.
Məhbus elm və təhsil naziri Emin Əmrullayevə də mesaj göndərib ki, Leyal Bayramovanın davranışları nə təhsil, nə də müəllim adına yaraşır:
“Təhsildə belə adamın nə işi var?! Əlimdə kifayət qədər səs yazısı və digər sübutlar var. Bu qadın nə qanun tanıyır, nə dövlət. Belə biri gənclərə nə verə bilər?! Vətənə xəyanət edən biri gənclərə nə öyrədə bilər?!
Elm və Təhsil Nazirliyi məsələ ilə bağlı heç bir konkret addım atmır. Bildirir ki, prokurorluğun cavabına uyğun hərəkət edəcəklər. Bəli, qanun çərçivəsində hərəkət edilməlidir, amma bu qədər biabırçılığın qarşısını nazirlik özü də ala bilərdi. Görünür, içəridə onu qoruyanlar var”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
XeberTıme.az