SON DƏQİQƏ

Azərbaycanda bu müəllimlərin maaşı ARTIRILDI - RƏSMİ

Tarix:1-12-2025, 20:18

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilmişdir. Elmi Şuranın iclasında rektor, dosent Rüfət Əzizovun təqdimatı əsasında ADNSU-nun professor-müəllim heyətinin əmək haqlarının artırılması barədə qərar qəbul edilib. 
XeberTıme.az xəbər verir ki, Elmi şuranın qərarına əsasən dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin əmək haqqı 15–20 %, tyutorların 33% və laborantların 20% artırılıb. 
 
Artımdan sonra professor-müəllim heyətinin əmək haqqı aşağıdakı kimi olmuşdur:
 
- Professor 2150 AZN
 
- Dosent 1700 AZN


 
- Baş müəllim 1500 AZN
 
- Müəllim 1350 AZN
 
Qeyd etmək lazımdır ki, ADNSU-da professor-müəllim heyəti üçün əlavə olaraq elmi nəticələrə əsaslanan differensial əmək haqqı sistemi də mövcuddur. 2025-ci ildə 270 nəfər bu imkandan istifadə etmişdir. 
 
Əməkdaşlar yanvar ayının 1-dən əmək haqlarını a
rtımla alacaqlar.

XeberTıme.az
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ