SON DƏQİQƏ

DİM buraxılış imtahanlarının vaxtı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Tarix:22-01-2026, 09:49

Sosial media platformalarında buraxılış imtahanları ilə bağlı məlumat əks etdirən poster DİM-in əvvəlki illərə aid, köhnə posterlərindəndir.
 XeberTıme.az bildirir ki, bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahan tarixləri məlum olanda Dövlət İmtahan Mərkəzi elan edir.
"DİM-in sosial şəbəkə hesablarında və saytında bununla bağlı rəsmi məlumat paylaşılır", məlumatda vurğulanıb.

Qeyd edək ki, sosial mediada, qrup və səhifələrdə buraxılış imtahanlarının tarixlərini əks etdirən DİM loqolu poster yayılıb.

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ