Kürdəmir Peşə Liseyi P.H.Ş-də “Aqrar sahədə inkişaf” mövzusunda təlim keçirilmişdir.
XeberTıme.az Kürdəmir Peşə Liseyinin rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, təlimdə liseyin direktoru Nurlan Abdullayev, Aqrar Xidmətlər Agentliyi, Aqrar Təlim Mərkəzi və Kürdəmir Regional Təlim Mərkəzinin nümayəndələri iştirak etmişlər.
Təlim aqrar elmlər üzrə fəlsəfə doktoru, Kürdəmir Regional Təlim Mərkəzinin şöbə müdiri Mətləb Xəlilov tərəfindən aparılmışdır. Təlim zamanı tələbələrə kənd təsərrüfatının müasir istiqamətləri, innovativ texnologiyaların tətbiqi və məhsuldarlığın artırılması yolları barədə məlumat verilmişdir.
Tədbirdə həmçinin mərkəzin direktoru Loğman Hümbətov, Elləz Abdullayev (aparıcı aqronom) və Elnur Qəhrəmanov (böyük aqrotexnik) iştirak etmişdir.







XeberTıme.az