Martın 27-si Azərbaycanda Elm Günüdür.
Artıq 26 ildir ki, Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərmək mənim üçün böyük qürur və məsuliyyətdir. Bu illər ərzində elmə xidmət etmək, tədqiqatlarda iştirak etmək və əldə olunan nəticələrlə cəmiyyətə fayda vermək həyatımın ayrılmaz bir hissəsinə çevrilmişdir.
Elmi-tədqiqat fəaliyyəti yalnız bilik toplamaq deyil, eyni zamanda yeniliklərə yol açmaq, gələcək nəsillərə düzgün istiqamət vermək deməkdir. Bu yolda qazandığım təcrübə və əməkdaşlıq etdiyim dəyərli həmkarlarım mənim üçün ən böyük sərvətdir.
27 Mart — Elm Günü münasibətilə bütün alimləri, tədqiqatçıları və müəllimləri ürəkdən təbrik edir, hər birinə yeni nailiyyətlər, uğurlar və tükənməz enerji arzulayıram.
Hörmətlə:
Gülnarə Hüseynova