Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə itkin şəhid Əli Quliyevin xatirəsi anıldı-FOTO/VİDEO
Tarix:28-05-2026, 21:36
Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə I Qarabağ mübaribəsinin itkin şəhidi Əli Quliyevin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.
XeberTıme.az xəbər verir ki, tədbir Azərbaycan Dövlət himnin səslənməsi ilə açıq elan edilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin məzunu olmuş Əlinin ailəsi və əzizləri də tədbirdə iştirak ediblər. Şəhidin anası Anaxanım ana, bacısı Yeganə xanım, qardaşı Akif, şəhid anaları, Əlinin sevimli müəllimləri də tədbirdə yer alıblar.
Məktəbin direktoru Səadət Məmmədovanın təşəbbüsü ilə şəhid Əlinin adına hərbi otaq yaradıldı. Səmimi müəllimlərdəön N.Şahin məktəbin hərbi rəhbəri müharibə iştirakçısı Qarabağ qazisi Anar müəllim və digər natiqlər öz çıxışları ilə hər an şəhidlərimizin xatirəsi əbədi olacağından danışdılar, şəhidlərin əbədi adı və xatirələri xalqımızın tərəfdən hər zaman hörmətlə xatırlanacaq.
Məktəbin istedadlı sagirləri vətənpərvərlikdən, Azərbaycandan, Qarabağdan bəhs edən şeirləri və könüllərə oxşayan tar ifasında şəhidlərimizin əziz xatirəsi yad olundu.
Tədbirin təşkilatçılığı Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin nömrəli məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı müavin Aybəniz müəllimə və fəal gənc, gizir Snayper-kəşfiyyatçı şəhid Elmar Nəsibov adına futbol komandasının mətbuat katibi Əziz Əzizov tərəfindən hazırlanmışdır. Tədbirdən sonra şəhidin adına yaradılan hərbi otağın açılışı oldu.