SON DƏQİQƏ

Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb

Tarix:16-12-2020, 22:38

Azərbaycanda informasiya və rabitə sahasində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilən xidmətlərin dəyəri açıqlanıb.
XeberTıme.az  xəbər verir ki, Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin həcmi 1,6 faiz artıb.
Belə ki, mövcud sahədə göstərilən xidmətlərin dəyəri 1 milyard 996,1 milyon manat təşkil edib. Bu xidmətlərin 73,3 faizi əhali tərəfindən istehlak olunub.
Bildirilib ki, xidmətlərdən əldə edilən gəlirin 42,1 faizi mobil telefon rabitəsi sahəsinin payına düşüb. Bu dövrdə ölkədə fəaliyyət götərən mobil rabitə operatorları 840,9 milyon manat gəlir əldə edib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ