SON DƏQİQƏ

​“WhatsApp”da sevindirən yenilik - Mesaja cavab vermək "dərdi" aradan qalxdı

Tarix:17-12-2024, 21:57

“WhatsApp” şirkətlər üçün önəmli ola biləcək yeni funksiya üzərində işləyir.
XeberTıme.az xəbər verir ki, bu funksiya müştərilərdən gələn mesajlara süni intellektin cavab verməsinə imkan verəcək. Bildirilir ki, yeni funksiya “WhatsApp”ın Android beta versiyasında müşahidə edilib. Məlumatda deyilir ki, yenilik şirkətlərin işini asanlaşdıracaq, biznes istifadəçiləri sevindirəcək. Məlumata görə, yeni funksiya biznes istifadəçilərə süni intellekt dəstəkli köməkçilər təklif edəcək. İstifadəçilər bu funksiyanı aktivləşdirdikdə müştərilərlə süni intellektlə danışa biləcək. Belə ki, müştərilərin alış və məlumat prosesləri süni intellekt tərəfindən idarə olunacaq.
Müştəriləri daim məlumatlandırmaq məqsədi daşıyan yenilik, müştəri məmnuniyyətini artırmağı hədəfləyir. Müştəri məsələ ilə bağlı süni intellektlə danışdığını biləcək. Beləliklə, müştərilərlə biznes sahibləri arasında şəffaflıq təmin ediləcək. 

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ