SON DƏQİQƏ

“WhatsApp”da mesaj yazmaq üsulu dəyişdi - Belə olacaq

Tarix:29-08-2025, 00:56

“WhatsApp” tətbiqə yeni süni intellekt funksiyasının əlavə olunduğunu elan edib.
XeberTıme.az  xəbər verir ki, mətn yazmağa kömək edən yeni funksiya istifadəçilərə mesajları istədiyi kimi dəyişdirməyə imkan verir. “Yazmağa köməklik” adlı funksiya mesajları dəyişdirmək üçün süni intellektdən istifadə edir. Yeni funksiya istifadəçilərə mesajların tonunu redaktə etmək, yenidən ifadə etmək və tənzimləmək imkanı verir. İstifadəçi yeni funksiya sayəsində mesajlara daha peşəkar, gülməli və ya istədiyi hər hansı şəkildə düzəliş edə bilər.
Həmçinin süni intellekt seçimlərə əsasən birbaşa mesajlar təklif edə bilər. 

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ