SON DƏQİQƏ

"WhatsApp" artıq belə görünəcək

Tarix:13-05-2026, 21:20

Yenilənmə ilə birlikdə tətbiqə "Kanallar" adlı yeni filtr əlavə olunacaq. Bu funksiya istifadəçilərə birbaşa çat siyahısından kanallara keçid etməyə imkan verəcək.Bundan başqa, çat siyahılarının görünüşü də tamamilə dəyişəcək. Hazırda bütün siyahılar eyni sətirdə göstərildiyi üçün çoxlu söhbət və qrup olan istifadəçilərdə qarışıqlıq yaranır. Yeni sistemdə isə istifadəçilər əsas ekranda hansı siyahıların görünəcəyini özləri seçə biləcəklər.
Digər siyahılar isə "Daha çox" bölməsində yerləşəcək. İstifadəçilər həmin menyu vasitəsilə istədikləri siyahını ayrıca açaraq yalnız seçilmiş söhbət və qrupları görə biləcəklər.
Qeyd edək ki, yeni dizayn hələ test mərhələsindədir və onun nə vaxt bütün istifadəçilər üçün istifadəyə veriləcəyi açıqlanmayıb.

 

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ