Futbol üzrə dünya çempionatına qatılan İngiltərə yığma komandası acı sürprizlə qarşılaşıb.
XeberTıme.az xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat yayıb. Xəbərdə milli komandanın təlim-məşq bazasında oğurluq hadisəsinin baş verdiyi bildirilib.
Xarici medianın yazdığına görə, məşqçi heyətinin və futbolçuların şəxsi əşyaları naməlum şəxslər tərəfindən oğurlanıb. Hətta komandaya aid toplar da yoxa çıxıb. Cəmi 1 top qaldığı üçün futbolçular məşqə çıxa bilmirlər.
Polis faktla bağlı araşdırmaya başlayıb. Bir neçə sürücünün şübhəli şəxs qismində istintaqa cəlb edildiyi bildirilir.
XeberTıme.az