SON DƏQİQƏ

Xırdalan şəhər 8 nömrəli tam orta məktəbdə son zəng kecirildi – FOTOLAR

Tarix:Dünən, 00:04

Bu gün Azərbaycan məktəblərində “Son zəng” tədbiri böyük coşqu ilə qeyd olundu.

Abşeron rayon Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin “Son zəng” tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru Mahnur Hüseynova tədbir iştirakçılarını salamlayaraq məzunları təbrik etdi. O, 2025–2026-cı tədris ilinin uğurla başa çatdığını vurğuladı, şagirdlərə gələcək həyatlarında yeni nailiyyətlər, yüksək uğurlar və parlaq gələcək arzuladı.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri Azərbaycanı, Vətəni və “Son zəng”i tərənnüm edən mahnılar səsləndirdilər. XI sinif şagirdləri isə hazırladıqları rəngarəng rəqs nömrələri ilə tədbirə xüsusi rəng qatdılar. Məzunların çıxışları, müəllim və valideynlərə ünvanlanan səmimi təşəkkür sözləri tədbir iştirakçılarında xoş təəssüratlar yaratdı.
Yaddaqalan anlarla zəngin olan “Son zəng” tədbiri məzunların həyatında yeni bir mərhələnin başlanğıcını simvolizə edən unudulmaz gün kimi yadda qaldı.
Məktəbdə birincilər onbirincilərin çiyinlərində son zəng səsləndirdi. Şagirdlər, müəllimlər və valideynlər bu əlamətdar günü böyük sevinc və qürur hissi ilə qeyd etdilər.
Valdeynlər, birincilər, sinif rəhbərləri, ibtidai sinif müəllimlər onbirinciləri təbrik etdilər.  
Tədbir musiqi proqramı ilə davam etdi.
             
Bizdə XeberTıme.az İnformasiya Portalı olaraq bütün məzunlara gələcək həyatlarında uğurlar arzulayırıq. Bu gün sizə çalınan Son zənginiz qarşıdan gələn illərinizin ilk zəngi olsun əziz məzunlar.   
  



 
Yeganə Telmanqızı 
XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ