SON DƏQİQƏ

Ad günün mübark olsun qardaşım

Tarix:7-01-2023, 23:05

Yanvarın 5- də böyük qardaşım, Qarabağ müharibəsi veteranı ehtiyatda olan zabit Vaqif Allahverdiyevin 67 yaşı tamam olur.
İmişli Əlibayramlı zonaları üzrə " Kommunist qəzetinin xüsusi müxbiri işləyən atamız İlyas müəllimin yaşadığı İmişli  şəhərində 1956- cı ildə dünyaya gələn Vaqif  Ağdamda  böyüyüb boya-başa başa çatmış,1 nömrəli orta məktəbi bitirmiş, eyni zamanda tar üzrə orta ixtisas məktəbini ,sonra isə musiqi texnikumu bitirmişdir. 
Bir müddət  Qubadlı rayonunda musiqi müəllimi işləmiş , hərbi xidmətini Qazaxıstan Respublikasında başa vurmuşdur.
Gürcüstanda Hərbi məktəbi bitirdikdən sonra 1 nömrəli Ağdam şəhər orta məktəbində hərbi müəllim, sonralar isə rayon hərbi komissarlığında məsul vəzifədə  işləmişdir.
Qarabağ müharibəsi başlayan gündən ilk hərbi formanı geyinərək könüllü batalyona yazılmış  və Eldar Bağırov adına  845 saylı  saylı batalyonun  xidmət etmişdir.Batalyon komandiri Allahverdi Bağırovun rəhbərliyi altında bir çox döyüş əməliyyatlarında  o cümlədən Naxçıvanik, Pircamal  Aranzəmin ərazilərinin Ermənistan quldurlarından azad olunmasında iştirak etmiş və komandirinin əmri ilə  həmin ərazilərdə hərbi komendant təyin edilmişdir.
Vaqif neçə- neçə yaralıların təhlükəsiz yerlərə çıxarılmasında iştirak etmişdir.
Xocalı müsibəti olan illərdə igid komandir Allahverdi Bağırovun xilas etdiyi mindən çox yaralıların siyahısını tutaraq Vaqif hərbi jurnalist olaraq dəyərli məlumatlar toplamışdır.
Sonralar İlyas Allahverdiyevin Qaragöl romanını çapa hazırlayarkən Milli Qəhrəmanımız Allahverdi Bağırovun xilas etdiyi Xocalı sakinlərinin  bir qisminin siyahısını  Vaqif Allahverdiyevin saralmış dəftərindən köçürdərək kitaba daxil etmişəm.
O kitabdan sonralar xocalıda girov düşərək çənəsi, qolu sındırılmış və nəticədə Allahverdi Bağırov tərəfindən azad edilən Hüseynağaya  o kitabdan hədiyyə edərkən necə kövrəkdiyinin şahidi olmuşam.
Vaqif Allahverdiyev Ağdamın müdafiə olunmasında bacardığı qədər xidmət edib.
Həmin illərdə rəhmətlik kiçik qardaşım Namiq isə dörd nəfər polis işçiləri ilə , iki avtomatla birlikdə Kəlbəcər ezam olunmuşdular .
Ağdərənin düşməndən azad olunmasında iştirak etmişdi.Bəzən bor ləngidir 10 dəfə azad edirdilər, lakin ordunun yüksək çinli zabitlərinin satqınlığı sayəsində yenidən düşmənə təslim edilirdi.Vahid komandanlığın olmaması ucbatından itkilərimiz çox olurdu, igid, qeyrətli oğullar sinələrini düşmənə sipər edərək torpağı qeyrətlə qoruyurdular.
Səngərlərdə böyrəklərin soyuğa verən və idmançı olduğu üçün bir dəfə də həkimə müraciət  etməyən Namiq atəşkəsdən sonra  böyrəkləri sözünə baxmadı və əbədiyyətə qovuşmuşdur..
Böyük qardaşımız isə yaralansa da  Ağdam işğal olunan gündə  qeyri bərabər döyüşdə şəhəri axırıncı tərk etsə da Quzanlı qəsəbəsindəki Çadır şəhərciyindən bu 30 iı ərzində  kənara çıxmadı.
 44 günlük vətən müharibəsində həyətində dalğalanacaq qazaraq başına mərmi yağdırılsa da ailəsi, övladları ilə birlikdə  kəndi tərk etmədi.
3 cü qrup əlil olaraq beş il pensiya alan Vaqif 2021 ci ildə növbəti komissiyaya çağırılmış və komissiya 65 yaşlı hərbiçi zabitə demişdir; Sağ və  sol əlini qaldır.
Artıq sən sağalmısan deyərək get yaşa görə pensiyanı al- demişlər..Həqiqətən də qardaşıma qarşı  ədalətsiz  qərar çıxarılmışdır.
Hansıki, tankdan, qrad mərmilərindən qorxub döyüşdən qaçanlar bilirlər ki, Vaqif Allahverdiyev 1988- ci ildən 1994 cü ilə qədər atəşkəsdən sonra da orduda xidmət etmiş , çox ağrı, acılar yaşamışdır. 
Onu da qeyd edim ki, o dövrlərdə tanka minməyə qorxanlar bu gün tankdan da böyük maşınlar sürürlər.
Yaxşı yadımdadır.1992 ci ildə Vaqif Nazami həkimlə Bakıya tibbi ləvazimatlar, dərmanlar gətirməyə gəlmişdilər.
Onları rayona  yola saldıq.Səhəri gün eşitdim ki, Nizami həkim minaya düşdü,sonra Muxtar həkim  erməni quldurları tərəfindən qətlə yetirildi,  şəhidlik zirvəsinə ucalıblar.
Allahverdi Bağırovun minaya düşməsi isə Ağdamın süqutu ilə başa çatdı .Belə qeyrətli oğulları aradan götürməklə batalyonlar başsız qaldı.
Döyüşən oğullar şəhadətə yüksəldi.Sarsıntı yaşayan Vaqif kimi oğullar isə başsız qalaraq yarımcan hala düşdülər.
Evlərimiz dolu qaldı.Düşmən mülkümüzq tar-mar etdi.İran maşınları evimizin əşyalarını öz ölkələrinə daşıdılar.
Müsibətlər yaşadıq.
TSEM də işləyən tibbi həkimlər əgər qrad səsi eşitsəydilər, şalvarlarını batırardılar. Bu gün ağına bozuna baxmadan pensiyası kəsilənləri Allah saxlayacaqdır.
Neçə dəfə Ağdama zəng etdim  atamla, qardaşım Vaqiflə danışdım ki, gəlim evin əşyalarından təhlükəsiz yerə çıxardım.Hər ikisi qəti etiraz edərək gəl vətəni qoru,dedilər .Və mən də Ağdama yollandım....
Minumum pensiyaya qane olan Vaqif Allahverdiyev kimi şir ürəkli oğullar bu gün də vətənin müdafiəsinə hazırdırlar.
Belə oğullar hər cür alqışlara layiqdir.Çox təəssüflər olsun ki, bir dəfə yardım gətirənlərin əksəriyyəti əlilliyə görə pensiya düzəltsələr də  Vaqif haqlı ikən öz haqqını hələ də ala bilməyib.
Ortancıl qardaşımız Niyazın oğlu Asiman isə 44 günlük vətən müharibəsində igidlik göstərək şəhidlik zirvəsinə ucalmışdır.Nə yaxşı ki, atam, anam bu acıları görmədi.Baxmayaraq qaçqınlıq həyatı yaşadılar.Vətən deyə deyə dünyadan köçdülər.
Allahdan cəmi şəhidlərimizə  rəhmət  diləyir, qazilərimizə və xəstələrimizə şəfa arzulayıram.
Heç fikir eləmə.
Ədalət nazilər, amma üzülməz.Özündən muğayat ol.
Ad günün mübarək olsun qardaşım Vaqif 

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ