Bakı şəhəri Səbail rayon Mərkəzi Kitabxanasında tədbir keçirilib-FOTOLAR
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı ildə elan etdiyi qrand müsabiqəsində qalib olduğu "Aprel şəhidlərinin ailə üzvləri ilə iş" adlı layihəsi çərçivəsində tədbirlər davam edir.
İyunun 23-də növbəti tədbir Bakı şəhəri Səbail rayon Mərkəzi Kitabxanasında keçirilib. "Şəhid Analarına Dəstək" İB-nin təşkilatçılığı və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən tədbirdə Aprel şəhidlərinin ailə üzləri ilə bərabər Azərbaycanın ərazi bütövlüyü uğrunda bütün dövrlərdə canlarından keçmiş şəhidlərin də ailə üzvləri iştirak edib. Tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu sükutla anılmış, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə həsr olunmuş videoçarx nümayiş olunmuşdur. Tədbirdə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru şəhid Vidadi Xəlilovun xanımı Nərmin Xəlilova qonaqları salamlayaraq belə tədbirlərin keçirilməsini yüksək dəyərləndirmişdir. Birliyin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxış edərək dəyərli layihənin əsas məqsədinin “Aprel şəhidləri”nin ailə üzvləri ilə görüşlər təşkil etmək, həm aprel döyüşlərinin 10 illiyi münasibətilə həmin şəhidlərimizin tanınmasına, xatırlanmasına, həm də şəhid ailə üzvlərinin daim diqqətdə saxlanılması və onlara qayğı göstərilməsinə töhfə vermək, şəhid ailələrini bir araya gətirməklə onların qarşılıqlı tanışlığı və ünsiyyətini təşkil etmək, mənəvi dəstəyi gücləndirmək və sosial həmrəyliyi artırmaq olduğunu vurğulayıb.
Ceyran xanım Dövlət strategiyasına uyğun olaraq şəhidlərimizin xatirəsinə diqqət göstərmək istiqamətində İB-n yardımçı olacağını,
cəmiyyətimizə Aprel şəhidlərimizin qəhrəmanlıq yolunun yeniyetmələrə örnək olacağını, ailələrinin , yaxınlarının cəmiyyətə inteqrasıyası üçün təsəlli, stimul olaccağını qeyd edib.
Vətən Müharibəsi Qəhrəmanışəhid Mehrab Niftəliyevin xanımı Vüsalə Niftəlıyeva, Aprel şəhidi Kamran Şirəliyevin anası Elvira Şirəliyeva, aprel şəhidi Rəşid Baxşəliyevin anası Çimnaz Baxşəliyeva, şəhid Cəmil Nəcəfovun anası Mətanət Nəcəfova, şəhid Rövşən İsmayılovun anası Təranə İsmayılova, Aprel şəhidi Təbriz Musazadənin anası Tovuz Musazadə çıxış edərək belə tədbirlərin, xüsusən şəhid ailələrinin görüşlərinin keçirilməsinin onlar üçün nə qədər önəmli olduğunu, dövlət dəstəyinin hər zaman üzərlərində hiss etdiklərini qeyd edib və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, "Şəhid Analarına Dəstək" İctimai Birliyinə, tədbirin keçirilməsi üçün gözəl şərait yaradan Bakı şəhəri Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nərmin Xəlilovaya və kitabxananın kollektivinə xüsusi təşəkkürlərini bildiriblər.
Şəhid ailələrinin görüşü çay süfrəsində davam etdirilib, şəhid ailə üzvlərinə hədiyyələr təqdim edilib.
Sonda şəhid ailələri ilə xatirə şəkilləri çəkilib.









XeberTıme.az