Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin məzunları 38 ildən sonra bir araya gəldilər.
19 iyul 2026-cı il tarixində Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin məzunları uzun illərdən sonra yenidən bir araya gələrək duyğulu və yaddaqalan görüş keçiriblər.
Görüşdə artıq ana, ata, nənə və baba olan keçmiş məzunlar böyük sevinc hissi ilə bir-birləri ilə görüşdülər, sanki illərin həsrətinə son qoydular. Məktəb illərinin unudulmaz xatirələri, uşaqlıq dostluğu və sinif yoldaşları ilə keçən qayğısız günlər yenidən yada salındı.
İnsan həyatında elə anlar var ki, zaman keçsə də heç vaxt unudulmur. Məktəb illəri də həmin dəyərli xatirələrdəndir. Bir vaxtlar eyni sinifdə təhsil alan, eyni arzuları bölüşən şagirdlər məktəbi bitirdikdən sonra həyatın müxtəlif yollarına üz tutsalar da, illər sonra yenidən görüşərək keçmişi böyük sevgi ilə xatırladılar.
Səmimi və maraqlı keçən görüş zamanı hər kəs yaddaşında qalan ən gözəl məktəb xatirələrini bölüşdü. Gülüş doğuran əhvalatlar, müəllimlər və sinif yoldaşları ilə bağlı xatirələr illər öncəyə, qayğısız uşaqlıq və gənclik illərinə apardı.






Görüşə daha bir xoş ovqat qatan məqam isə sinif yoldaşlarından Xatirə xanımın 55 illik yubileyinin məhz həmin günə təsadüf etməsi oldu. Bu münasibətlə onun şərəfinə ad günü tortu kəsildi və yubilyara ən xoş arzular çatdırıldı.


Çay süfrəsi arxasında davam edən görüş səmimi söhbətlər, unudulmaz xatirələr və xoş təəssüratlarla yadda qaldı. Məzunlar belə görüşlərin davamlı keçirilməsinin vacibliyini vurğulayaraq, bu günün onların həyatında silinməz iz buraxdığını qeyd etdilər.
XeberTime.az İnformasiya Portalı olaraq, sözügedən görüşdən hazırladığımız video müsahibələri və görüntüləri dəyərli oxucularımıza təqdim edirik.
Yeganə Telmanqızı
XeberTıme.az