Lənkəran Dövlət Dram Teatrı 18 iyul 2026-cı il tarixində 135-ci teatr mövsümünün təntənəli bağlanışını keçirib.
XeberTıme.az xəbər verir ki, bağlanışda F.Şillerin "Məkr və məhəbbət" tamaşası nümayiş etdirilib. Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət xadimi Bəhram Osmanovdur.
Səhnə əsəri teatrsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Sonda Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar xanım Hüseynova çıxış edərək bildirib: "135-ci mövsüm teatrımız üçün olduqca uğurlu və məhsuldar bir il kimi yadda qaldı. Mövsüm ərzində teatrımızın repertuarı öz rəngarəngliyi ilə seçilib. Yaradıcı heyətimiz Respublikamızın müxtəlif bölgələrində 31 dəfə uğurlu qastrol səfərlərində olub. Yeni teatr mövsümündə də sizləri maraqlı premyeralar və yeni tamaşalarla sevindirməyə davam edəcəyik. Bizimlə olan hər bir kəsə, xüsusilə Lənkəran ictimaiyyətinə və sadiq tamaşaçılarımıza dərin minnətdarlığımı bildirirəm". 

























XeberTıme.az