2026-cı il iyun ayının 1-i vəziyyətinə Azərbaycanın əhalisinin sayı 10 milyon 271 min 638 nəfərə çatıb.
XeberTıme.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 9 min 287 nəfər və ya 0,1 faiz artıb.
Hazırda ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini isə kənd sakinləri təşkil edir. Əhalinin 49,8 faizi kişilərdən, 50,2 faizi isə qadınlardan ibarətdir.
XeberTıme.az