SON DƏQİQƏ

"Qəbələ Mənzərələri" adlı etüd-ekskursiya təşkil olunub-FOTOLAR

Tarix:Bu gün, 11:15

19 İyul tarixində Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı,  Alban-Udi İcması və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş "Vətənpərvərlik Etüdləri" layihəsi çərçivəsində layihə rəhbəri Aygün Əzizovanın olduğu "Qəbələ Mənzərələri" adlı etüd-ekskursiya təşkil olundu. 
25 nəfərlik rəssam və media nümayəndələrindən ibarət qrup etüd-ekskursiya çərçivəsində Alban-Udi İcmasının qonağı oldular.
Qonaqlar Udi Mədəniyyət Günündə Müqəddəs Yelisey adına kilsədə keçirilən “Vəftiz mərasimi” bayram tədbirində iştirak ediblər.  Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Alban-Udi xristian dini icmasının sədr müavini Rafik Danakari  və digər icma nümayəndələri etüd iştirakçılarını yüksək qonaqpərvərliklə qarşıladılar. Robert Mobili Udi icmasının fəaliyyətindən, onlara göstərilən dövlət qayğısından bəhs etdi.

Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova bu görüşlərin Azərbaycan multikulturalizminə, tolerantlığına töhfə olduğunu bildirib bu cür görüşlərin gənclərin dünya görüşünün inkişafında, vətənpərvər ruhda böyüməsində mühüm rol oynadığını nəzərə çatdırdılar. 
Etüd iştirakçılarına uğurlar arzuladılar. Qonaqlara ziyarət zamanı Müqəddəs Yelisey (Cotari) adına Alban kilsəsi və Müqəddəs Məryam (Bulun) adına Alban Kilsəsi haqqında geniş məlumat verildi.
Robert Mobili tərəfindən isə udi xalqına məxsus xüsusi zəngin nahar süfrəsi  təşkil olundu.
İştirakçılar üçün açıq hava altında etüd dərsləri keçrildi.
Fəxri qonaq olaraq millət vəkili Razi Nurullayev, Ağdam Rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Namiq Həsənov iştirak edirdilər .
Rəsmi etüd-ekskursiyanın iştirakçılarından  seçki komissiyasının əməkdaşı Bahar Bağırova, həkim Xuraman Əlibəyli , AFLOOW Tədris Mərkəzinin  rəhbəri Günay Məmmədova, Şahanə Art Studionun rəhbəri Şahanə Paşayeva, ADRA-nın müəllimi Zinada Mirzəzadə, ehtiyatda olan gizir Könül Əzimova, rəssam müəllim Sevinc Hüseynova, Dunyaxeber.com saytının rəhbəri Dünya Əliyeva, operator Xatirə Məmmədova iştirak edirdilər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub  
xatirə fotolarla çəkildi.



Müxbir: Aygün Oqtay
Operator: Xatirə Məmmədova 
Fotoqraf: Camal

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ