SON DƏQİQƏ

"İşıq Sürətində Xəbər" mövzusunda tədbir keçirilib-FOTOLAR+VİDEO

Tarix:Dünən, 23:45

YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə 22 İyul - Milli Mətbuat və Jurnalistka Gününə həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu "İşıq Sürətində Xəbər" mövzusunda tədbir keçirildi.
Tədbirdə XeberTime.az saytının rəhbəri Yeganə Telmanqızı, İlkxeber.org saytının rəhbəri Xanoğlan Əhmədov, Təzadlar qəzetinin redaktoru Yasəmən Məmmədova, Baki-Xeber.com saytının redaktoru  Samirə, Səfərova, Fact.info  saytının rəhbəri Raci Səfərov, Ay Media Company  şirkətinin rəhbəri Almaz Yaşar, 
jurnalist Cəfər Cəfərov, XeberEkspress.az saytının  operatoru Xatirə Məmmədova, Bayraqdar.info saytının əməkdaşı  Nadir Azəri,  Dunyaxeber.com saytının rəhbəri Dünya Əliyeva iştirak edirdilər. 

Eyni zamanda tədbirdə rəssamlar ARTFLOOW Tədris Mərkəzinin rəhbəri Günay Məmmədova, AEİSM Brendinin rəhbəri Aygün Kamilqızı, Massivi Brendinin rəhbəri Sevinc Hüseynova, gənc rəssamlar Günal  Məcidsoy, Zeynəb Əzizli, ehtiyatda olan baş gizir Könül Əzimova iştirak edirdilər və Milli Mətbuatımızın 151 illik şərəfli yoluna ehtiram əlaməti olaraq, il boyunca təşkil edilən ictimai tədbirlərdə, sərgilərdə nümayiş etdirdiyi xüsusi fəallığa və təşəbbüskarlığa görə təltif olundular. 

Tədbirdə iştirak edən media nümayəndələri Beynəlxalq Qalereya ilə əməkdaşlığa və gənc nəslin vətənpərvərlik ruhunda, Azərbaycançılıq İdeologiyasında tərbiyə olunması üçün təşkil olunmuş sərgi-tədbirlərin işıqlandırmasında göstərdikləri dəstəyə görə təltif olundular.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova 22 İyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib uğurlar arzuladı.
Jurnalistlər çıxışlarında Beynəlxalq Qalereyanın Azərbaycanda və xaricdə vətənimizi yüksək səviyyədə təmsil etməsindən  söz açıb gələcək fəaliyyətində uğurlar arzuladılar. 






Təltif olunanlar sırasında “XeberTıme.az” İnformasiya Portalının rəhbərei Yeganə Telmanqızıda vardı:



Sonda xatirə hədiyyələri təqdim olunub fotolar çəkildi .

Müxbir: Aygün Oqtay
Fotoqraf: Camal

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ