SON DƏQİQƏ

Metronun "Nərimanov" stansiyasının bir çıxışı bağlanır

Tarix:Dünən, 23:38

Bu gündən metronun "Nərimanov" stansiyasının 3 nömrəli çıxışı müvəqqəti bağlanacaq.
XeberTıme.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
"Paytaxtda həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar olaraq "Nərimanov" stansiyasının 3 nömrəli çıxışı sərnişinlərin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 20 iyul tarixindən müvəqqəti bağlanacaq.
Təmir-bərpa işləri davam etdiyi müddətdə stansiyanın digər alternativ çıxışlarından və yaxınlıqdakı yerüstü piyada keçidlərindən istifadə etməyiniz xahiş olunur," - deyə qurumdan bildirilib. 

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ