SON DƏQİQƏ

Uzun və Şərəfli Yolun 151 ili

Tarix:Bu gün, 00:26

Yeganə Telmanqızı-"Mətbuat cəmiyyətin aynası, vicdanın səsi, gələcəyin yol göstəricisidir."
Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 151 ili tamam olur. 22 İyul – Milli Mətbuat Jurnalistika Günü münasibətilə qələmi ilə həqiqətə xidmət edən, cəmiyyətin maariflənməsinə və düzgün informasiya əldə etməsinə töhfə verən bütün media nümayəndələrini ürəkdən təbrik edirik.
Azərbaycan mətbuatı 151 illik şərəfli və zəngin inkişaf yolu keçərək xalqımızın milli düşüncəsinin, azad sözün və peşəkar jurnalistikanın formalaşmasında mühüm rol oynayıb. Bu müqəddəs peşənin nümayəndələrinə möhkəm cansağlığı, yaradıcılıq uğurları, yeni nailiyyətlər və daim obyektiv fəaliyyət arzulayırıq.
Xatırlatma: Azərbaycan mətbuatı – xalqın sözü, millətin yaddaşı Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə qoyulmuşdur. O gündən etibarən Azərbaycan mətbuatı xalqın maariflənməsi, milli şüurun formalaşması, azad sözün və həqiqətin qorunması istiqamətində şərəfli və keşməkeşli inkişaf yolu keçmişdir. Bu gün Azərbaycan mətbuatı cəmiyyətin xidmət etməyə davam edir.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, media nümayəndələrini və qələm sahiblərini ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları, obyektiv fəaliyyət və yeni nailiyyətlər arzulayırıq. 

Rəhbəri olduğum “XeberTıme.az” İnformasiya Portalının bütün əməkdaşlarını və Bestfm.az radsiosunun direktoru Aqil Məmmədov başda olmaqla radiomuzun bütün əməkdaşlarını peşə bayramı münasibəti ilə ürəkdən təbrik edirəm, işlərində uğurlar arzulayıram.

Milli Mətbuat Gününüz mübarək əziz həmkarlarımız!


Yeganə Telmanqızı 
XeberTıme.az
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ