“Tariximizin İmzası” adlı verliş hər həftənin çərşənbə günü saat 13:00-dan-14:00-dək Bestfm.az radiosunda canlı olaraq səslənəcək.
Bestfm.az radiosunda vətənpərvər telejurnalist Yeganə Telmanqızının təqdimatında 03.06.2026-cı il tarixində səslənən “Tariximizin İmzası” adlı verlişinin qonaqları itkin şəhidi Əli Quliyevin anası Anaxanım Quliyeva, Vətən müharibəsinin şəhidi hərbi qulluqçu, kiçik çavuş Samir Nadirovun anası Railə Nadirova, Vətən müharibəsi iştirakçısı, hərbi qulluqçu Asif Hüseynov və fəal gənc Əziz Əzizov oldu.
Verlişdə şəhid Əli Quliyevin və şəhid Samir Nadirovun və vətən müharibəsi iştirakçısı Asif Hüseynovun uşaqlıq, yeniyetmə, gənclik illərindən, keçdiyi şücayətli və çətin döyüş yolundan söhbət açıldı. Fəal gənc Əziz Əzizov şəhidlər üçün düzənlənən tədbirin təşkilatçılığından, qaziləri cəmiyyətə, böyüməkdə olan nəslə tanıtmaqda rolundan danışdı.

İtkin şəhid Əli Quliyevin həyat və döyüş yolu ilə sizi tanış edirik:
Quliyev Əli Əkbər oğlu 13 mart 1975-ci il Sumqayıt şəhərində sadə zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. Əli Anaxanım ananın və Əkbər atanın ikinci övladı idi. Ailədə 3 uşaq böyüyürdü: Akif, Əli, Yeganə.
Əli tam orta təhsilini Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə alır. Çox zəhmətkeş, vətənini, bayrağını sevən həmdə dərslərində əlaçı bir şagird olmuşdur. Ən çox sevdiyi fənn riyaziyyat fənni idi. 1993-ci ildə orta məktəbi bitirir elə həmin ilin noyabr ayında Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə yola düşür. Ağdam rayonu ərazisində N saylı hərbi hissədə xidmətə başlayır, döyüş əməliyyatlı təlimlər keçir. 1994-ci ilin yanvar ayında Əli Quliyev Ağdərə uğrunda gedən şiddətli döyüşlərdə iştirak edir və 29 yanvar ağır döyüşlərin birində yaralanaraq mühasirəyə düşmüş və itkin düşmüşdür. Bu günə qədərdə tapılmayıb.

Vətən müharibəsinin şəhidi hərbi qulluqçu, kiçik çavuş Samir Nadirovun yolu ilə sizi tanış edirik:
Nadirov Samir Əli-Səttar oğlu 1992-ci il avqustun 16-da Sumqayıt şəhərində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Samir Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunda, Hadrut qəsəbəsində və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Nadirov oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəhidimiz Samirin Emil və Məryəm adlı 2 övladı var.
Şəhidlərimizin dəstəsi düşmən hücumundan qorunmaq üçün Hadruta giriblər, bu zaman düşmən tunelin qarşısını kəsərək Samirlə birlikdə qalanları da gülləlləyiblər. Həmdə taborunun bütün şəxsi heyəti Vətən üçün canını fəda edərək şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Nadirov Samir Əli-Səttar oğluna ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Vətən müharibəsi iştirakçısı hərbi qulluqçu Asif Hüseynovun həyat və döyüş yolu ilə sizi tanış edirik:
Hüseynov Asif Abdulla oğlu 1991-ci ildə anadan olmuşdur. Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə təhsil aldıqdan sonra 1 saylı peşə liseyndə təhsilini davam etdirmişdir. 2011-ci ildə həqiqi hərbi xidmətə yola düşür. Hərbi sahəyə bpyük istək və sevgisi olan Anar Hüseynov 2014-cu ildən hərbi qulluqçu MAHHXHQ olaraq xidmətə başlayır. Qüsursuz xidmətlərinə görə birinci dərəçəli diplomla təltif olunur.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə qatılır və döyuşlərdə qəhrəmanlıqla vuruşur. Döyüş yolu Füzuli, Cəbrayıl, Xocəvənd, Lacından keçir.
Döyüş tapşırıqlarını igidliklə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən "Muharibə iştirakcısı",
"Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", Qüsursuz xidmətlərinə görə "Qüsursuz xidmətə görə" və Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalıları ilə təltif olunmuşdur.

Fəal gənc Əziz Əzizovla sizi tanış edirik:
Vətən müharibəsi şəhidi, gizir kəşfiyyatçı-sanayper Elmar Nəsibov adına Sumqayıt Xəzər FK-nun mətbuat katibi, şəhid və veteran nəvəsidir. Beynəlxalq dərəceli vəkil BMT lahiyələrin Sumqayıt Şöbəsinin Rəhbəri 27il vəkillik faliyyətiylə məsğull olan Mehdi Cəlalzadənin Şəhid ailələri və veteranları üzre kordinatoru köməkçisidir. Xatırladaq ki, Əziz Əzizov daima şəhid ailələrini ziyarət edərək, qəhrəman şəhidlərimizin və qazilərin ictimayyətə tanınmasında xidmətləri olan vətənpərvər gəncdir.

Verlişin əsas məqsədi ərazi bütövlüyünün bərpası uğrunda şəhidlik zirvəsinə uçalan şəhidlərimizi, sağlamlıqlarını vətən yolunda itirən qazilərimizi və müharibə iştirakçılarımızı tanıtmaqdır.
“Tariximizin İmzası verlişinin” video carxı:
Verlişin informasiya dəstəyi “XeberTıme.az” sayıtına məxsusdur.
“Tariximizin İmzası” verlişini canlı izləmək üçün: www.tiktok.com/@aqil.live
Qaynar xətt: +994 60 237 00 00 (wotsap)
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
XeberTıme.az sizə “Tariximizin İmzası” verlişinin fotoxronikasını təqdim edir.








Yeganə Telmanqızı
XeberTıme.az